AZ

Tahir Gözəl: "UEFA-dan gələn gəlir "Qarabağ"ın 10 aylıq xərcidir"

“Qarabağ”ın gücü bir oyunçuda deyil, mənəviyyatdadır”

Operativ Media xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında  deyib.

O, baş məşqçi Qurban Qurbanova tam səlahiyyət verildiyini bildirib:

“Biz Qurban hocaya bütün imkanları verdik. Amma bu gün rəqabətli mühitdə klublar oyunçularını asanlıqla buraxmaq istəmirlər. 500 minlik futbolçunu almaq istəsən, deyirlər 8 milyon. Hətta bizim oyunçularımıza 10 milyon dollar təklif edilsə belə, satmayacağıq, çünki ehtiyacımız var”.

Klub rəhbəri qeyd edib ki, “Qarabağ”ın uğuru ilk növbədə Qurban Qurbanovun zəhməti və iradəsi ilə bağlıdır:

“Bir milyonluq oyunçuya 8 milyon versən, klubu dağıdarsan. Mən azarkeşləri başa düşürəm, ürəkləri yanır, deyirlər ‘alın da, gətirin də’. Amma bu, maşın almağa bənzəmir. Klub idarə etmək çox ağır məsələdir. Mən həmişə gənclərə güvənmişəm – Nərimana, Musaya, digər oyunçularımıza. Qismət olmadı, amma əminəm ki, əlimizdən gələni etdik”.

Tahir Gözəl həmçinin klubun maliyyə vəziyyətinə toxunub:

“‘Qarabağ’ UEFA-dan maksimum 18 milyon dollar qazanır, bu da bizim 10 aylıq xərclərimizi qarşılayır. Hər il Çempionlar Liqasına düşmürük. Türkiyə klublarına baxın, hamısı borcludur. Ona görə də bizdə yeganə ümid ‘Azərsun’dur. Amma mən istəyirəm ki, klub ‘Azərsun’dan da müstəqil ola bilsin. Mənim əsas vəzifəm maliyyə intizamını qorumaqdır”.

“Qarabağ” prezidentinin sözlərinə görə, Avropa klubları ilə maliyyə rəqabəti aparmaq mümkünsüzdür:

“İngiltərə Premyer Liqasında ən axırıncı yerdə olan komanda 120 milyon funt yayım gəliri əldə edir. Mən onlarla bir oyunçu ilə rəqabət apara bilmərəm. Bizim üstünlüyümüz mənəviyyatdır. Çətin gündə birlikdə olmaq bizim ən böyük gücümüzdür”.

Seçilən
73
operativmedia.az

1Mənbələr