Sentyabrın 20-si Azərbaycanda ilk dəfə Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Belə ki, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Bəs 20 sentyabr qeyri-iş günü hesab edilə bilərmi?
Məsələ ilə bağlı Redaktor.az Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayevə müraciət etdi. O bildirdi ki, bu məsələ dövlətdən asılıdır:
"Əgər məsləhət bilinsə, 20 sentyabr qeyri-iş günü kimi hesab oluna bilər".
Nuriyyə NATİQQIZI