AZ

Siyasi diletantların ucuz və uğursuz manipulyasiya oyunları - ŞƏRH

Bakı. Trend:

Şəxsi maraqlarını milli mənafedən üstün tutan, ayrı-ayrı Qərbölkələrində mühacir adı ilə məskunlaşan antimilli ünsürlər, eynizamanda, AXCP sədri kərimov əli sosial şəbəkələrdəki çıxışları iləözlərini davamlı şəkildə ifşa etməkdədirlər. “Moizələri” onlarınölkəmizdə və dünyada baş verən ictimai-siyasi proseslərianlamadıqlarını ortaya qoyur. Mənəvi-psixoloji burulğanlargirdabında çırpınan bu ünsürlər dövlətimizin uğurlarını, müstəqilsiyasətini həzm edə bilməyən antiAzərbaycan qüvvələrin pərdəarxasından idarə etdikləri prosesin iştirakçılarıdırlar. Dahadoğrusu, ölkəmizə qarşı aparılan informasiya müharibəsindəutanmadan qarşı cəbhədə yer alırlar. Azərbaycana qarşı çirkinniyyətlərini gerçəkləşdirməyə cəhd edən bədxah qüvvələr cızdıqlarıssenarinin icrasında onlardan ustalıqla istifadə edirlər. Onlarınsosial şəbəkələrdə dövlətçiliyimizin əleyhinə səsləndirdikləricəfəngiyyatlar xaricdəki himayədarları, erməni lobbisi ilə şəxsimaraqlar üzərində qurulmuş işbirliyini bir daha ortaya qoyur.Antimilli notlara köklənmiş ikrah doğuran çıxışları açıq-aşkargöstərir ki, bu şəxsləri yalnız və yalnız ölkəmizin imicinə zərbəvurmaq, özlərinin yalanlarını həqiqət kimi sırımaq, hakimiyyətinatdığı hər bir addımı qara rəngdə təqdim etmək düşündürür. Kərimovəlinin bu gün sosial şəbəkələrdə Şanxay Əməkdaşlıq TəşkilatınınZirvə toplantısını, ümumiyyətlə, Azərbaycanın Çinlə, adıçəkilənqurumla əlaqələrini öz maraqlarına uyğun şəkildə “təhlil” etməsidiqqətdən kənarda qalmır. Reallıq budur ki, Zirvə görüşüAzərbaycanın beynəlxalq nüfuzunun növbəti təqdimatı oldu. Prezidentİlham Əliyevin Zirvə görüşündə iştirakı və çıxışı, çoxsaylıgörüşlər keçirməsi, hazırkı dövrün əsas çağırışlarını genişmüzakirə etməsi və sair kimi məqamlar ölkəmizə, dövlətimizinbaşçısına böyük etimadın növbəti təsdiqidir. Azərbaycan tarixiZəfərinin yaratdığı reallıqlar fonunda söz sahibliyini daha damöhkəmləndirir, hər bir məsələdə ölkəmizin mövqeyi böyük önəm kəsbedir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın ən böyük regional qurumukimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini,dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25faizini təmin etdiyini nəzərə alsaq Azərbaycanın bu regionaltəşkilatla əlaqələrinin hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsbetdiyini aydın şəkildə görmək mümkündür. Azərbaycan hər zamandayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeli ilə dünyanındiqqətindədir. “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən çoxölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılmışdı.Antimilli ünsürlər, o cümlədən kərimov əli bu reallığı qəbuletməlidir ki, artıq fərziyyələrini reallıq kimi ictimai fikrəsırımaq zamanı deyil. Yeni texnologiyaların sürətlə inkişaf etdiyihazırkı dövrdə cəmiyyətin hər bir üzvü istər ölkədə, istərsə dədünyada baş verən hadisələri daha dərindən öyrənmək, təhlil etməkimkanlarına malikdir. Keçirilən hər bir beynəlxalq əhəmiyyətlitədbirə diqqət yetirsək, onun mahiyyətinə, hansı mövzuya həsrolunmasına, ən əsası hansı məkanda keçirilməsinə baxmayaraq əsasdiqqət Azərbaycanın uğurlu siyasətinə yönəlir. Azərbaycan artıqüçüncü dəfə idi ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünəqatılırdı. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinintəminatına verdiyi töhfələr də diqqətdən kənarda qalmır. Dövlətbaşçısı İlham Əliyevin Çinə işgüzar səfəri çərçivəsində keçirdiyigörüşlərdə də hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerjimənbələrinə investisiyaların yatırılması, Azərbaycanın bərpaolunanenerji potensialı xüsusi diqqət göstərilən məsələ oldu.Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələr ŞƏT məkanında enerjitəhlükəsizliyi baxımından diqqət mərkəzində saxlanılır. Digərtərəfdən Azərbaycan Orta Dəhlizin əsas dövlətlərindən biridir.Çinlə Avropanı birləşdirən bu nəqliyyat arteriyası ŞƏT-in üzvü olandövlətlərin iqtisadi maraqlarına tam cavab verir. Bakı-Tbilisi-Qarsdəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzurdəhlizi perspektivi Azərbaycanı ŞƏT ölkələri üçün mühüm tranzittərəfdaşa çevirir. Amma dövlətimizin marağında olan nə varsaxaricdəki antimilli ünsürlərin, kərimov əlilərin marağına uyğundeyil. Utanmadan manipulyasiya ilə məşğul olan bu şəxslər nədənsəqardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantıdaiştirakını yada salmırlar. Türkiyə NATO üzvü olan güclü dövlətdir.Bəs, NATO və Avropa İttifaqının üzvü olan Slovakiyanın başnazirinin Pekində keçirilən tədbirlərdə iştirakına nə deyəcəksiniz?Ay siyasi diletant, Çində toplaşanlar avtoritarlardırsa onda buölkə necə Avropa İttifaqının üzvüdür?!

Millət vəkili qeyd edib ki, bu qaraguruhun dərdi heç bir haldademokratiya, seçkilər, yaxud digər məsələlər deyil. Onların əslməqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına sutökməkdir. Təəssüflər olsun ki, “sapı özümüzdən olan baltalar”-antimilli ünsürlər şəxsi ambisiyalarının quluna çevrildikləri üçünuğurlarımızı həzm edə bilmirlər. Siyasi şüuru aşağı olan,konstruktivliyi qəbul etməyən bu pozucu ünsürlər birmənalı şəkildəsiyasi meydanın küncünə sıxılıblar. Antimilli ünsürlərin,qaragüruhçu tör-töküntülərin ölkəmizin əleyhinə təbliğatlara sabunköpüyündən başqa bir şey deyil. Güclü, qüdrətli, qalib Azərbaycanıntutduğu yol inkişaf yoludur. Hər zaman yeni-yeni hədəflər bu yolundavamlılığını şərtləndirir.

Məqalədə:
Seçilən
25
5
az.trend.az

7Mənbələr