AZ

Ukraynadan bir ilk - NATO ölkəsində silah zavodu açırlar...


Danimarkanın müdafiə naziri Troels Lud Poulsen Danimarkada Ukraynaya aid bir silah zavodu açılacağını elan edib. Zavodu Ukraynanın “Fire Point” şirkəti Danimarkanın aviabazasının da yerləşdiyi cənubdakı Voens şəhərində açaq. Bazada hazırda F-16 qırıcı təyyarələri də var.

Poulsen bu təşəbbüsü "Ukraynanın təhlükəsizlik mübarizəsində kömək əli" kimi təsvir edib. Bununla həm də bir Ukrayna müdafiə şirkəti fəaliyyətini ilk dəfə olaraq NATO ölkəsinə köçürür.

“Fire Point” hazırda 1150 kq döyüş başlığına malik “Flamingo FP-5” raketi də daxil olmaqla, döyüş pilotsuz uçuş aparatları və qanadlı raketlər istehsal edir. Danimarkadakı zavod ilk növbədə raket yanacağı istehsalına diqqət yetirəcək. Fabrikin dekabrda istifadəyə verilməsi nəzərdə tutulur.

Poulsen əməkdaşlığı Ukrayna prezidenti Zelenskinin də iştirak etdiyi Şimali və Baltikyanı ölkə liderlərinin görüşündə açıqlayıb.

Kreml buna “təxribat və casusluq”la cavab verə biləcəyini etiraf edən nazir, təhdidlərin artdığını da bildirib.

Bu arada, Fransa prezidenti Makron atəşkəsdən sonra 26 ölkənin Ukraynanın təhlükəsizliyinə töhfə verməyi öhdəsinə götürdüyünü açıqlayıb. Onun sözlərinə görə, 26 ölkə Ukraynaya qoşun göndərmək barədə rəsmi öhdəlik götürüb.

Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı Parisdə toplaşan “Könüllülər koalisiyası” Ukraynanı uzaqmənzilli raketlərlə təchiz etməyə hazır olduqlarını açıqlayıb. Hansı raketlərin göndəriləcəyi açıqlanmayıb. Lakin hazırda Ukrayna Silahlı Qüvvələrinin inventarında modifikasiyadan asılı olaraq uçuş məsafəsi 250 km-dən 560 km-ə qədər olan Britaniya-Fransa Storm Shadow/SCALP EG raketləri var.

Yeni raketlərin də Britaniya və Fransa tərəfindən göndəriləcəyi bildirilir.

TAHİR

Seçilən
94
baki-xeber.com

1Mənbələr