AZ

Amerikalı analitik: “Tramp yolu”nun Ermənistan üçün bədəli olacaq

BAKI, 5 sentyabr. TELEQRAF

“Tramp yolu” layihəsinin həyata keçirilməsi Ermənistanın Rusiya və İranla münasibətlərini çətinləşdirə bilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan KİV-ə amerikalı politoloq Dmitri Sayms bildirib.

“Mən deyə bilmərəm ki, bu layihə anti-Rusiya kimi düşünülüb, yoxsa yox. Amma mənim nöqteyi-nəzərimdən bu, şübhəsiz ki, Ermənistanla Rusiya və İran arasında fəsadlar yarada bilər”, - ekspert qeyd edib.

Saymsın fikrincə, geosiyasi baxımdan Ermənistan Rusiya qarşısında müəyyən bədəl ödəmədən və Moskva ilə dialoqu çətinləşdirmədən layihədə iştiraka razı ola bilməz.

Seçilən
178
teleqraf.com

1Mənbələr