AZ

Azərbaycanda təhsil sahəsindəki rəqəmsallaşma hansı mərhələdədir?

Bakı. Trend:

Son illərdə informasiya texnologiyalarının sürətli inkişafıtəhsildə yeni yanaşmaların formalaşmasına səbəb olub. Azərbaycandada təhsil sektorunun elektronlaşdırılması prioritet istiqamətlərdənbirinə çevrilib. Bu proses yalnız tədrisin keyfiyyətini artırmaqlaqalmır, eyni zamanda, idarəetmə sistemində şəffaflığın vəoperativliyin təmin olunmasına xidmət edir.

Hazırda Azərbaycanda təhsil sahəsinin tamamiləelektronlaşması üçün hansı addımlar atılmalıdır və ölkədə təhsilsahəsinin elektonlaşması ilə bağlı vəziyyət hansısəviyyədədir?

Mövzu ilə bağlı Trend-ə danışan Milli Məclisin deputatı CeyhunMəmmədov bildirib ki, son illər təhsil sahəsindəelektronlaşdırma ilə bağlı xeyli işlər görülüb.

“Müəllimlərlə bu istiqamətdə ciddi addımlar atılıb və ümumilikdəbu sahədə müəyyən uğurlar əldə olunub. Amma hesab edirəm ki, eynizamanda, görüləcək işlər də kifayət qədər çoxdur. Elektronlaşdırmasahəsində atılmalı olan addımlar hələ də davam edir.

Təhsil Nazirliyi tərəfindən məktubların və sənəd dövriyyəsininelektronlaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin bu günəsas problemlərdən biri universitetlərlə bağlıdır. Belə ki,universitetlərdə elektron sənəd dövriyyəsi, elektron qiymətləndirməvə digər elektron qabiliyyətlərin tətbiqi məsələsi hələ də tam həllolunmayıb”.

Deputatın sözlərinə görə, bu problemin aradan qaldırılması üçünvahid və effektiv bir proqram hazırlanaraq tətbiq edilməlidir.

“Qiymətləndirmə, sənəd dövriyyəsi və digər proseslərin elektronformada həyata keçirilməsi üçün ciddi addımlar atılmalıdır. Hazırdabəzi universitetlər bu istiqamətdə işlər görsələr də, əksəriyyətihələ də kağız üzərində işləməyə davam edir. Məsələn, tələbələryekun qiymətlərini öyrənmək və ya imtahan nəticələrinə baxmaq üçünmütləq universitetə getməlidirlər.

Düşünürəm ki, elektronlaşdırma sahəsində görüləcək işlər hələçoxdur və bu sahədə sistemli yanaşmaya ehtiyac var”, - deyəC.Məmmədov fikirlərini tamamlayıb.

Məsələ ilə bağlı Təhsil İşçilərinin HəmrəyliyiAlyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isəTrend-əbildirib ki, Azərbaycanda təhsilin elektronlaşması istiqamətindəyeni mərhələyə qədəm qoyulub:

“Artıq bu ildən etibarən paytaxt məktəblərində kağızjurnallardan imtina edilir və elektron jurnallar tam tətbiq olunur.Bu, həm idarəetmədə şəffaflığı təmin edəcək, həm də müəllim, şagirdvə valideyn arasında ünsiyyəti daha operativ edəcək. Eyni zamanda,təhsil prosesində insan amilindən qaynaqlanan əlavə vaxt itkisiniaradan qaldıracaq.

Hazırda ölkəmizdə şagirdlərin elektron qeydiyyatı, ali və ortaixtisas təhsilinə qəbulun tam elektron şəkildə həyata keçirilməsi,müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsininqeydiyyatının onlayn formada təşkili artıq formalaşmışsistemlərdir. Bu istiqamətdə atılan addımlar göstərir ki,Azərbaycan təhsilinin gələcəyi məhz rəqəmsal mühitdədir”.

Təhsil eksperti vurğulayıb ki, xarici təcrübələrə nəzər salandagörürük ki, Estoniya bu sahədə dünyada ən qabaqcıl ölkələrdənbiridir:

“e-School” sistemi vasitəsilə valideynlər övladlarının dərscədvəlini, qiymətlərini, ev tapşırıqlarını və müəllimlərinqeydlərini real vaxtda izləyə bilirlər. Bu, təhsil prosesinitamamilə şəffaf və çevik edir. Sinqapurda süni intellekt dəstəyiilə fərdi öyrənmə yanaşması tətbiq olunur: hər bir şagirdin öyrənmətempi izlənilir, zəif tərəflər müəyyən edilir və buna uyğun təlimresursları təklif olunur. Finlandiya isə təhsildə elektronresursların əlçatanlığı ilə seçilir – burada dərsliklər,qiymətləndirmə meyarları və müəllimlər üçün metodik göstərişlərvahid rəqəmsal platformada toplanıb”.

Əmrah Həsənli qeyd edib ki, Azərbaycanda da bu təcrübələrdənyararlanaraq, öz milli modelimizi yaratmaq mümkündür.

“Bunun üçün iki əsas istiqamət xüsusi diqqət tələb edir:müəllimlərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və regionməktəblərində texniki təminatın artırılması. Çünki elektronplatformaların səmərəli istifadəsi yalnız proqram təminatı iləməhdudlaşmır, bu prosesin bilikli və hazırlıqlı insan resursunaehtiyacı var. Ümumilikdə, təhsil sahəsində elektronlaşmadövlətimizin strateji hədəflərindən biridir və mərhələli şəkildəbütün ölkəni əhatə edəcək.

Kağız jurnallardan elektron jurnallara keçid isə bu istiqamətdəböyük bir dönüş nöqtəsidir. Gözləntimiz odur ki, yaxın illərdə həmməktəb, həm də ali təhsil sistemində vahid rəqəmsal platformayaradılacaq və Azərbaycan öz milli elektron təhsil modeliniformalaşdıracaq”, - deyə o fikirlərini tamamlayıb.

Seçilən
73
1
az.trend.az

2Mənbələr