Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir təyin edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə müvafıq əmrlə Bəxtiyar Məmmədov alay komandiri təyin edilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Bizim.Media-ya açıqlamasında faktı təsdiqləyib.
Qurumdan bildirilib ki, Ədliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Penitensiar xidmətinin Mühafizə Alayının komandiri vəzifəsinin icrası Mühafizə alayı Komendant bölüyünün komandiri-alay komandirinin müavini Bəxtiyar Məmmədova həvalə edilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta