AZ

Astarada arvadı ilə qayınatasını barışdırmaq istəyən kişi cərimələndi

Astara rayonunda həyat yoldaşı ilə qayınatasını barışdırmaq istəyən kişi cərimələnib.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Deqədi kəndində baş verib.

Rayonun Artupa kənd sakini Şamil Əsədovun həyat yoldaşı öz atası ilə mübahisə edib və aralarında küsülülük yaranıb.

Sentyabrın 3-də axşam saatlarında Ş.Əsədov həyat yoldaşını götürərək Deqədi kəndinə gedib və onu atası ilə barışdırmaq istəyib. Bu vaxt onun qaynı ilə mübahisə yaşanıb və nəticədə həyətdə səs-küy yaranıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər, Ş.Əsədov barədə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Əsədov 50 manat cərimə olunub.

"Cebheinfo.az" 

Seçilən
2
2
cebheinfo.az

3Mənbələr