AZ

ABŞ Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bufer zonaya nəzarət etməyə hazırdır

Rusiya və Ukrayna arasında mümkün sülh razılaşması imzalanacağı təqdirdə, ABŞ Ukrayna ərazisində yaradılması nəzərdə tutulan geniş demilitarizasiya olunmuş bufer zonaya nəzarəti üzərinə götürə bilər.

Editor.az xəbər verir ki, bu barədə NBC News dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən zonanın əsas məqsədi Ukraynanın təhlükəsizliyini təmin etmək və ölkə ilə Rusiya arasında qoruyucu xətt yaratmaqdır. Hələlik bufer zonasının dəqiq sərhədləri müəyyən edilməyib.

Qeyd olunur ki, məsələ ABŞ və digər müttəfiq ölkələrin hərbi nümayəndələri tərəfindən müzakirə olunur.

//Samir Qurbanov, Editor.az

Seçilən
59
editor.az

1Mənbələr