AZ

"Karvan"dan ayrılan Kənan 1-ci Liqa klubu ilə müqavilə bağladı

Bu yay Premyer Liqanın debütantı "Karvan Yevlax"dan ayrılan müdafiəçi Kənan Quliyevin yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, arxa xətt oyunçusu yeni mövsümə 1-ci Liqada başlayacaq. 

Quliyev hazırda "Mingəçevir"in düşərgəsindədir. O, artıq yeni klubu ilə 1 mövsümlük müqavilə bağlayıb. 

Qeyd edək ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 11-də start götürəcək. "Mingəçevir" ilk oyununu sentyabrın 12-də, rəqib meydanında digər iddialı "Səbail"ə qarşı keçirəcək. "ASCO Arena"da baş tutacaq matçın start fiti 19:00-da səsləndiriləcək.

Mirağa

Seçilən
52
fanat.az

1Mənbələr