AZ

Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək cərimə tətbiq ediləcək

Müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantısular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatıobyektərinəciddi təsir göstərir. Bu səbəbdən də tullantı sularınqanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi,təmizlənməsi və digər məqsədlər üçün istifadə olunmasıistiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi yanında Suların İstifadəsinə və MühafizəsinəDövlət Nəzarəti Xidmətinin qarşıya qoyduğu hədəflərindəndir.

SİMDNX-dan verilən məlumata görə, Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 295 nömrəliQərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiyaşəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onlarınistismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularınınyığılacağı tikili və qurğulara dair Tələblər”ə əsasənmərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yerləşənqeyri-yaşayış binalarında formalaşan tullantı sular çirkabquyularından istifadə olunmaqla idarə olunmalıdır.
Çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habeləhəmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğularadair texniki normativ hüquqi aktların tələblərinə uyğun həyatakeçirilməlidir.
Sənaye müəssisələri tərəfindən tullantı sularının düzgün idarəolunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyətinəticəsində yaranan tullantı sularının tərkibində ətraf mühit üçünzərərli olan maddələrin miqdarı daha yüksək olur. Bu məqsədləçirkab su quyularının (şambolar) istifadə olunması ilə yanaşımüəssisə və təşkilatlar tərəfindən tullantı suları lokaltəmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər.Bu halda tullantı suların kənarlaşdırılacağı yer və tərkibindəkiçirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi ilə razılaşdırılmalıdır.
Nəzərinizə çatdırırıq ki, qeyd olunan tələblərə riayət edilməməsinəgörə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininmüvafiq maddələrinə əsasən vəzifəli şəxslər 4000 manatadək, hüquqişəxslər 12500 manatadək məbləğdə cərimə edilir. Həmçinin müəssisəvə təşkilatlar tərəfindən su mənbələrinin əhəmiyyətli dərəcədəçirkləndirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsininmüvafiq maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.
Suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyintələblərinə riayət edilməməsi qlobal iqlim dəyişikliyi vəregionumuzda müşahidə olunan su qıtlığı şəraitində daha datəhlükəli nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də tullantısularının təmizlənməsi təkcə hüquqi yox, həm də mənəviöhdəlikdir

Seçilən
34
18
az.trend.az

10Mənbələr