AZ

Fransada muzeydən 9,5 milyon avro dəyərində tarixi sərvətlər oğurlanıb

Fransanın Limoj şəhərindəki Adriyen Dübuşe Milli Muzeyindən ümumi dəyəri 9,5 milyon avro olan iki keramika boşqab və bir vaza oğurlanıb.

Ölkə mətbuatının yazdığına görə, oğurluq ötən gecə baş verib. Keramikanın nümayiş olunduğu otaqdan 9,5 milyon avro dəyərində bir Çin vazası və iki boşqab yoxa çıxıb.

Polis faktla bağlı araşdırmalara başlayıb. Fransanın mədəniyyət naziri Raşida Dati bildirib ki, hüquq-mühafizə orqanları cinayətkarların tutulması üçün tədbirlər görür.

Adriyen Dübuşe Milli Muzeyində antik dövrdən bu günə qədər keramika tarixini əks etdirən 18 mindən çox eksponat var.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
99
azerbaijan-news.az

1Mənbələr