Fransada nazirlər də daxil olmaqla bütün dövlət qulluqçularına “WhatsApp” və “Telegram” istifadəsi qadağan edilib.
Hökumət yeni tətbiqi məcburi hala gətirib.
"Cebheinfo.az" xəbər verir ki, Fransa hökuməti təhlükəsizlik səbəbilə nazirlər də daxil olmaqla bütün dövlət işçilərinə ölkə tərəfindən hazırlanmış mesajlaşma tətbiqi olan “Tchap”-dan istifadə etməyi məcburi edib.
Fransanın "Le Figaro" nəşrinin məlumatına görə, yayımlanan ümumi göstərişdə “Telegram” və “WhatsApp” kimi məşhur mesajlaşma tətbiqlərinin təhlükəsizlik standartlarına cavab vermədiyi vurğulanıb.
Bu səbəbdən dövlət qulluqçularının həmin platformalardan istifadə etməsi qadağan olunub.Nazirlərarası Rəqəmsal Direktorluq (Dinum) tərəfindən hazırlanmış Tchap tətbiqinin dövlət qulluqçuları arasında təhlükəsiz ünsiyyət təmin etməyi hədəflədiyi bildirilib.