AZ

Boşanan zaman əp-arvad arasında əmlak necə bölünür?- ÖZƏL

Məhkəmə praktikasında boşanma zamanı əp-arvad arasında əmlak bölgüsü ilə bağlı məsələlər uzun müddət mübahisə predmetinə çevrilir. Bəs, qanunverriciliyə görə, boşanan zaman əp-arvad arasında əmlak necə bölünür? Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir: "Ər-arvad birgə nikah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər. Qeyd edək ki, zinət əşyaları istisna olmaqla fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
80
olaylar.az

1Mənbələr