Kremlin sözçüsü Dmitriy Peskov Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar səviyyəsinin yüksəldiyi təqdirdə bu danışıqların İstanbul formatında davam etməli olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Qərbdəki “Könüllülər Koalisiyası”na daxil olan ölkələrin Ukraynaya təhlükəsizlik zəmanəti vermək məqsədilə bu ölkəyə əsgər yerləşdirmə cəhdləri ilə bağlı danışan Peskov, xarici hərbi birliklərin Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməyəcəyini və bunun Rusiya üçün qəbuledilməz olduğunu vurğulayıb.
“Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də bizə – Rusiyaya təmin olunmalıdır”, - Peskov əlavə edib.