AZ

Qazaxıstanda rekord miqdarda kokain partiyası ələ keçib

Bakı. Trend:

Qazaxıstanın xüsusi xidmət orqanları keçirilən xüsusi əməliyyatnəticəsində 13 tondan artıq kokain ələ keçirib.

Trend xəbər verirki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK)mətbuat xidməti məlumat yayıb.

“MTK tərəfindən beynəlxalq narkotik qaçaqmalçılığı kanalınınzərərsizləşdirilməsi üzrə çoxmərhələli əməliyyat həyata keçirilib.Belə ki, vaxtında görülən tədbirlər nəticəsində Almatı şəhərindərespublika tarixində ilk dəfə olaraq bir dəfəyə – 13 ton 183kiloqram kokain müsadirə olunub”, – deyə cümə günü yayılanməlumatda bildirilir.

Qeyd olunur ki, cinayətkarlar bu yükü Qazaxıstan üzərindəntranzitlə üçüncü ölkələrə daşımaq istəyirmiş.

“Narkokanalın təşkilində şübhəli bilinən iki xarici ölkəvətəndaşı saxlanılaraq həbs edilib. Cinayət Məcəlləsinin 297-cimaddəsinin 3-cü bəndi (narkotik vasitələrin, psixotrop maddələrin,onların analoqlarının qanunsuz olaraq əldə edilməsi, saxlanılması,satmaq məqsədilə daşınması, göndərilməsi və ya satışı) üzrəistintaq aparılır”, - deyə MTK-nın bəyanatında deyilir.

Məqalədə:
Seçilən
110
az.trend.az

1Mənbələr