BAKI, 5 sentyabr. TELEQRAF
"Quba" basketbol klubu yeni transferini açıqlayıb.
Klubun mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, bölgə təmsilçisi Mayk Raytla anlaşıb.
1998-ci il mayın 25-də ABŞ-ın Cənubi Karolinanın Summerville şəhərində dünyaya gələn Vayt artıq ölkəmizə dəvət edilib və onunla müqavilə imzalanıb.
"Quba"nın yeni legionerinin ilk olaraq ABŞ-ın "University of illinois Springfield" komandasında oynayıb.
Hücumameyilli müdafiəçi Azərbaycana gələnə qədər "Vlajniya" (Albaniya) və GAU (Gürcüstan) klublarında çıxış edib.