AZ

Almaniyada zavod sifarişləri gözlənildiyindən çox azalıb

Finss.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) iyul ayı üzrə pərakəndə satış statistikasını açıqlayıb.

Məlumata görə, Almaniyada fabrik sifarişləri iyul ayında əvvəlki ayla müqayisədə 2,9 faiz azalıb. Bu, yanvar-iyul aylarında müşahidə edilən ən kəskin aylıq azalma idi. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların median proqnozu sifarişlərin 0,5 faiz artacağı olub.

İyulda sifarişlər illik müqayisədə 3,4 faiz azalıb. İqtisadçılar 0,6 faiz azalma proqnozlaşdırmışdılar.

Destatis hesabatı ABŞ-ın tarifləri və Rusiya-Ukrayna müharibəsi fonunda uzunmüddətli tənəzzülü aradan qaldırmaq üçün mübarizə aparan Almaniya iqtisadiyyatının üzləşdiyi çətinlikləri vurğulayır.

Tədqiqat institutları 2025-ci il üçün artım proqnozlarını 0,1-0,2 faizə endiriblər, lakin hamısı 2026-cı ildə dövlət xərcləri və Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrinin azaldılması ilə bərpa olunacağını proqnozlaşdırır.

Seçilən
216
fins.az

1Mənbələr