AZ

Lionel Messi: "Arzum ölkəmdə bunu yaşamaq idi" - VİDEO

BAKI, 5 sentyabr. TELEQRAF

Argentina millisi komandasının DÇ-2026-nın seçmə mərhələsində Veneselaya qarşı keçirdikləri oyun Lionel Messi üçün əlamətdar olub.
Teleqraf xəbər verir ki, 38 yaşlı kapitan “Estadio Monumental” stadionunda son rəsmi oyununa çıxıb.

Argentina yığmasının 3:1 hesablı qələbə qazandıqları görüşdə Messi iki qol vurub. Vida matçından əvvəl üç oğlu ilə birgə 80 minlik azarkeş izdihamı ilə qarşılaşan ulduz futbolçu təəssüratlarını belə ifadə edib: “Çoxlu emosiyalar var. Bu meydanda çox şey yaşamışam. Argentinada insanlarımızın yanında oynamaq həmişə sevincdir. Mən çox xoşbəxtəm. Burada bu cür bitirmək həmişə xəyal etdiyim bir şey idi. İllərlə “Barselona”da bu sevgini yaşamışam. Arzum buradakı, yəni ölkəmdə də bunu yaşamaq idi. İllərlə çox şey söylənildi, amma mən bütün yaxşıları xatırlayacağam”.

Argentinanın ən çox oyun keçirmiş futbolçusu Dünya Kubokunda oynayıb-oynamayacağına hələ qərar vermədiyini bildirib: “Özümü yaxşı hiss etməyə çalışıram. Ən əsası, özümə qarşı dürüstəm. Yaxşı olduğumu hiss edəndə oyundan zövq alıram. Amma yoxdursa, açığı, yaxşı vaxt keçirmirəm. Yaxşı olmadığımı hiss etməsəm, orada olmaq istəmirəm. Görərik. Dünya Kuboku barədə qərar verməmişəm. Görək, özümü necə hiss edəcəyəm.”

Xatırladaq ki, 8 dəfə Ballon d’Or mükafatı qazanan Messi 2022-ci ildə Argentinaya üçüncü Dünya Kubokunu qazandırıb. Uıduz futbolçu ölkəsi üçün 194 oyunda 114 qol vuraraq rekorda imza atıb.

" target="_blank">http://

Seçilən
52
teleqraf.com

1Mənbələr