AZ

Konoda yeni Ebola epidemiyası 15 nəfərin ölümünə səbəb olub

Kongo Respublikasında yeni Ebola epidemiyasının simptomları olan 28 nəfərdən 15-i ölüb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Kongo Respublikasının Səhiyyə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, bu Kongoda Ebola epidemiyasının 16-cı dalğasıdır və səhiyyə naziri Samuel-Roger Kamba bildirib ki, təxminən 53,6% olan ölüm nisbəti vəziyyətin nə qədər ciddi olduğunu göstərir.

Qeyd olunru ki, Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərini və Kongo Respublikasının Sürətli Reaksiya Komandasını epidemiyanın baş verdiyi Kasai vilayətinə göndərərək xəstəliyə nəzarəti gücləndirmək, müalicə və infeksiyanın qarşısının alınması tədbirlərini həyata keçirmək üçün iş aparır.

Seçilən
55
4
apa.az

5Mənbələr