AZ

Gürcüstan prezidenti müxalifət liderlərini əfv edib

Bakı. Trend:

Gürcüstan prezidenti Mixail Kavelaşvili müxalifət partiyası“Güclü Gürcüstan – Lelo”nun liderləri Mamuka Xazaradze və BadriCaparidzeni əfv edib.

Trend xəbər verirki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Bələdiyyə orqanlarına seçkilərin məhdud rəqabət şəraitindəkeçirildiyini düşünmək üçün heç kəsdə əsas qalmasın deyə, mən ikiməhbusu – Mamuka Xazaradze və Badri Caparidzeni əfv etməyi qəraraaldım”, - deyə Kavelaşvilinin bəyanatında deyilir.

Gürcüstan prezidentinin qeyd etdiyinə görə, 4 oktyabrdakeçiriləcək bələdiyyə seçkiləri üçün seçki subyektlərininqeydiyyatı prosesi başa çatıb. Qeydiyyata alınan partiyalararasında liderləri həbsdə olan bir siyasi qurum – “Güclü Gürcüstan– Lelo” da var. Eyni zamanda, Kavelaşvili yazır ki, seçkilər“cinayət törədən heç bir siyasətçi üçün indulgensiyayaçevrilməməlidir”.

Məqalədə:
Seçilən
94
1
az.trend.az

1Mənbələr