Çin bu addımla beynəlxalq ictimaiyyətə hansı mesajı verir? ABŞ və onun müttəfiqləri bu nümayişi necə qiymətləndirəcək? Parad Tayvan ətrafında gərginliyi artırmağa xidmət edə bilərmi?
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Çinin bu addımı açıq-aşkar mövcud dünya nizamına meydan oxumaqdır:
"Pekin ABŞ-ın formalaşdırdığı nizam və qaydalara meydan oxuyur. Çin, Rusiya, Hindistan, Şimali Koreya və digər böyük dövlətlərin paradda təmsil olunması unikal bir geosiyasi gedişatın göstəricisidir. Şübhə yoxdur ki, Çin bu paradla İkinci Dünya müharibəsinin akkordları altında yeni bir dövrün konturlarını cızdı. 50 mindən artıq insan bu paradda iştirak etdi. Gəmi əleyhinə raketlərdən tutmuş pilotsuz uçuş aparatlarına, lazer texnologiyalarından robot itlərə qədər hərbi texnikanın ən müasir nümunələri nümayiş etdirildi.
Əziz Əlibəyli
Çin bu paradla nə qədər gücünü nümayiş etdirsə də, bir reallıq var ki, bu silahlardan real müharibəşəraitində istifadə etməyib. Ümumiyyətlə, Pekin Vaşinqton kimi münaqişələrə birbaşa hərbi müdaxilə etmir. Buna görə də real döyüş qabiliyyəti ilə bağlı məlumatlar çox azdır. Bir çox ekspertlər də məhz bu səbəbdən Çinin hərbi gücünü şişirdilmiş hesab edir.
Əslində isə dünyada Çinlə savaşacaq real güc yoxdur. ABŞ belə bu riskə getməz. Ona görə də Çinin quracağı yeni nizamını yalnız zaman göstərəcək".