Argentina millisinin kapitanı Lionel Messi karyerası və gələcəkdə dünya çempionatında iştirakı ilə bağlı açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, 37 yaşlı ulduz futbolçu hələlik növbəti mundialda oynayıb-oynamayacağına dair qərar vermədiyini bildirib:
“Növbəti dünya çempionatı ilə bağlı qərar verməmişəm. Yaşıma görə, orada iştirak etməməyim məntiqli olar. Amma hər şeyi dəyərləndirəcəyik”.
Təcrübəli hücumçu həmçinin karyerasını başa vurmaq barədə düşünmədiyini qeyd edib:
“Karyeramı bitirmək barədə düşünməyə hazıram deyiləm. Bu, nə istədiyim, nə də səbirsizliklə gözlədiyim bir şeydir. Amma zaman daralır”.