AZ

Azərbaycanlı referi Niderland millisinin oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. 

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. 

Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.

Seçilən
65
29
fanat.az

10Mənbələr