AZ

Azərbaycanlı FİFA referisi Niderland millisinin oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, E.Məsiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.

Seçilən
59
29
operativmedia.az

10Mənbələr