ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin Ukraynada sülh təmin olunduğu təqdirdə xarici hərbi qüvvələrə ehtiyac olmayacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Xüsusilə də hazırda hərbi qarşıdurmalar zamanı orada istənilən hərbi birliyin yerləşdirilməsi halında, biz onların legitim hədəf olacağını qəbul edirik," – o bildirib.
O, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olmadıqlarını və bunu qanuni bir seçim kimi dəyərləndirdiklərini qeyd edib, lakin NATO-ya üzvlüyün isə Rusiya üçün təhlükəsizlik baxımından qəbuledilməz olduğunu vurğulayıb.
Putin, Ukrayna tərəfi ilə danışıqlara hazır olduqlarını bir daha qeyd edərək bildirib: “Moskva danışıqlar üçün ən yaxşı yerdir. Təhlükəsizliklərini yüz faiz təmin edirik. Əgər bizi başqa bir yerə dəvət etsələr, bunu həddindən artıq tələb kimi qiymətləndirəcəyik”.
O həmçinin bildirib ki, Ukrayna yaxın vaxtlara qədər Rusiya ilə təmasları rədd edirdi, lakin indi danışıqlar üçün müraciətlər etməyə başlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.