AZ

Təyyarə qəzasının sağ qalan bələdçisi: "Yalan söhbətdir, bizə heç nə ödənilməyib"

BAKI, 5 sentyabr. TELEQRAF

Ötən gün Rusiya Xarici İşlər Nazirliyi Bakıdan Çeçenistanın Qroznı şəhərinə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrması ilə bağlı sığorta kompensasiyasının ödənildiyini iddia edib.

AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşı, bələdçi Zülfiqar Əsədov Teleqraf-a açıqlamasında yayılan iddiaları yalanlayıb:

"Yalan məlumatdır. Nə mənə, nə də digər bələdçi Aydan Rəhimliyə sığorta ödənişi olunmayıb. Bizə Rusiya tərəfindən heç nə verilməyib və Rusiya tərəfindən kimsə bizimlə əlaqə saxlamayıb".

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Xatırladaq ki, Rusiya XİN “AlfaStrakhovanie” ASC-nin fevral ayından təbii fəlakətlə əlaqədar sığorta ödənişlərini həyata keçirdiyini açıqlayıb.

Açıqlamada Azərbaycan aviaşirkətinə məxsus təyyarəyə görə tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənildiyi iddia olunub. 15 Rusiya vətəndaşından 7-nə, 38 Azərbaycan vətəndaşından 35-nə, Qırğızıstan vətəndaşılarnın hər 3-nə, 6 Qazaxıstan vətəndaşından isə 1-nə tam ödəniş edildiyi bildirilib.

Qeyd olunub ki, xəsarət alanlar və ölənlərin yaxınları ilə tam hesablaşma məqsədilə kompensasiya məbləğlərinin razılaşdırılması istiqamətində iş davam etdirilir.

Seçilən
114
1
teleqraf.com

2Mənbələr