AZ

Hökumət "YouTube", "Facebook" və "X"i bloklayır

Nepal hakimiyyəti ölkədə qeydiyyatdan keçmək tələbinə əməl etmədiyi üçün "YouTube", "Facebook" və "X"ə girişin bloklanmasını əmr edib.

Publika.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən yazıb.

Dövlət qurumlarının arzuolunmaz məzmunun dərcinə nəzarət edə bilməsi üçün qeydiyyat zəruridir. Platformalara müraciət etmək üçün bir həftə vaxt verilib, müddəti 4 sentyabr 2025-ci ildə başa çatıb. Müraciət etməyən şirkətlər arasında "Meta" "Alphabet", "X", "Reddit" və "LinkedIn" var.

Bununla belə, bir sıra xidmətlər - "TikTok", "Viber", "Witk", "Nimbuzz" və "Popo Live" - şərtlərə cavab verib və əlavə təsdiq üçün siyahılara daxil edilib. "Telegram" və "Global Diary" sənədləri təqdim edib və təsdiqini gözləyir. Səlahiyyətlilərin sözlərinə görə, qeydiyyat başa çatdıqdan sonra platformalara giriş “eyni gün” bərpa olunacaq.

Xatırladaq ki, bu cür məhdudiyyətlər ilk dəfə deyil. Nepal 2023-cü ildə "TikTok"u qadağan etdi, lakin bir il sonra "ByteDance"in turizm sənayesinə dəstək verməsi şərti ilə onu ləğv etdi. "Telegram" da 2025-ci ilin iyulunda bloklanıb, lakin şirkət yerli qaydalara əməl edəcəyinə söz verib və tezliklə qeydiyyat üçün müraciət edib.

Seçilən
86
2
publika.az

6Mənbələr