Futbol üzrə Kolumbiya, Paraqvay və Ekvador yığmaları 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
Arena.az məlumat verir ki, hər üç komanda DÇ-2026-nın Cənubi Amerika bölgəsinin seçmə mərhələsində uğur qazanmaqla dünya çempionatına vəsiqəsini təmin edib.
Bu zonada seçmə mərhələnin başa çatmasına bir tur qalmış Ekvador 26 xalla 4-cüdür. Kolumbiya və Paraqvay yığmaları isə 25 xal toplayıblar və 5-6-cı yerləri bölüşürlər.
Daha öncə bu zonadan Argentina, Braziliya və Uruqvay yığmaları da DÇ-2026-ya vəsiqə əldə etmişdilər.
Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.
Hazırda qarşıdakı dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 16 komanda var:
Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Avstraliya
İran
Yaponiya
İordaniya (debüt)
Cənubi Koreya
Özbəkistan (debüt)
Argentina
Braziliya
Kolumbiya
Ekvador
Paraqvay
Uruqvay
Yeni Zelandiya