AZ

Sadə hazırlanır, heyrətamiz dadır: Qozlu krambl ilə şirəli alma piroqu

Sadə

Bu desert adi şarlottadan fərqli olaraq xırçıldayan xəmir, ətirli içlik və qozlu krambl ilə xüsusi ləzzət yaradır. Hazırlanması sadədir, amma nəticəsi həmişə möhtəşəm olur.🥮 Xəmir üçün200 q un100 q soyuq kərə yağı50 q şəkər tozu1 yumurtaBir çimdik duzUn, şəkər, duz və doğranmış yağı ovxalayın, sonra yumurta əlavə edib yoğurun. Formanın içinə yayaraq kənarlarında nazik “bortik” yaradın.🍏 İçlik üçün4 ədəd turşməzə alma50 q şəkər tozu1 ç.q. darçın½ limonun suyuAlmaları kub şəklində doğrayın, darçın və şəkərlə qarışdırıb xəmirin üzərinə düzün.🌰 Krambl üçün50 q soyuq kərə yağı50 q un50 q şəkər50 q qoz ləpəsi (xırda doğranmış)Ərzaqları ovxalayın, içliyin üzərinə səpin.🔥 Bişirmə180°C-də 40 dəqiqə bişirin. Xəmir qızılı rəng almalı, içlik isə ətir saçmalıdır.🍨 ServisPiroqu isti-isti, yanına bir top vanilli dondurma ilə təqdim edin. Soyuq və isti kontrastı dadı daha da vurğulayacaq.Ulusum.az

Diqqət Çəkənlər

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi

“İstəkli koalisiya” bu gün Trampa Ukrayna zəmanətlərini təqdim edir

Sarkozi: Avropanın əsas düşməni içəridən gələcək

Seçilən
12
ulusum.az

1Mənbələr