Əvvəllər 500 ildə bir dəfə baş verən ekstremal hava hadisələri indi hər 15 ildən bir baş verir.
QHT.az xəbər verir ki, yayın sonunda İspaniya və Portuqaliyada baş verən kütləvi meşə yanğınları alimlər tərəfindən qlobal istiləşmənin birbaşa nəticəsi kimi qiymətləndirilib. Ekstremal hava şəraitinin ehtimalı iqlim dəyişikliyi səbəbindən 40 dəfə artıb, yanğınların intensivliyi isə 30% yüksəlib. Nəticədə 500 min hektar meşə sahəsi yanıb.
Mütəxəssislər bildirir ki, sənayeöncəsi dövrdə belə hadisələr 500 ildən bir baş verə bilərdi, indi isə hər 15 ildən bir gözlənilir. Türkiyə və Yunanıstanda aparılan oxşar araşdırmalar da ekstremal hava hadisələrinin 10 dəfə artdığını göstərib.
İspaniya baş naziri Pedro Sançes isə hökumətin iqlim dəyişikliyi ilə mübarizə səylərinin sağçı partiyalar tərəfindən pozulduğunu bildirib.
R.İmanov