AZ

Köhnə ailə fotoşəkillərini paylaşmaq mənəvi hüquq pozuntusuna səbəb olur?

ain.az, Gununsesi saytına istinadən bildirir.

Hər bir şəxsin şəxsi həyatın toxunulmazlığı hüququ vardır. Ancaq bu hüquq müxtəlif anlarda pozula bilir.

Məsələn, keçmiş həyat yoldaşının şəklini sosial şəbəkə paylaşmaq olarmı?

Hətta niyyət pis olmasa belə…

Bu, hüquqi əsas yaradırmı?

Gununsesi.info-ya bu barədə hüquqşünas Uğur Əliyev danışıb.

O deyib:

“Şəxslərin məxfiliyini və şəxsi həyatını pozan hərəkətlər Mülki Məcəllə və Cinayət Məcəlləsinə əsasən məsuliyyət yarada bilər. Xüsusən boşanmadan sonra, razılıq olmadan şəxsi fotoşəkilləri yaymaq, qarşı tərəfin şəxsi həyatına müdaxilə sayıla bilər. Məhkəmədə qadağa, silmə və hətta kompensasiya tələbi reallaşa bilər. Əgər şəxs öz fotolarının yayılmasını istəmirsə, bu hüquqa hörmət olunmalıdır”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
icma.az

1Mənbələr