Braziliyada həvəskar futzal turnirində keçirilən oyun faciə ilə nəticələnib.
Publika.az xəbər verir ki, qapıçı Antonio Edson dos Santos Souza penalti zərbəsini qaytardıqdan sonra sevinməyə başlayıb, lakin qəfil yerə yıxılıb. Futbolçu dərhal xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölümün səbəbi hələlik açıqlanmayıb.