AZ

Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO

Səhnənin

Bu gün Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biri – Xalq artisti Səyavuş Aslanın doğum günüdür. Onun dünyaya gəlişindən düz 90 il keçir.1935-ci ilin sentyabrın 5-də Bakıda anadan olan Səyavuş Aslan gənc yaşlarından dram dərnəklərində çıxış edərək səhnəyə qədəm qoyub. İlk addımlarından etibarən tamaşaçıların diqqətini çəkən sənətkar 1954-cü ildən professional fəaliyyətə başlayıb, 1958-ci ildə Quba Dövlət Dram Teatrında, bir il sonra isə Bakıda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.SəhnəninOnun yaratdığı obrazlar – Qoşun, Bayram, İbişov, Dadaşbala, Qəmzəli və daha neçə-neçə surət tamaşaçıların yaddaşında silinməz iz buraxıb. O, həm gülüş, həm də kədəri səhnəyə gətirə bilən nadir sənətkarlardandır.Səyavuş Aslan uzun illər Musiqili Komediya Teatrının aparıcı aktyoru olub, 1994–1996-cı illərdə isə həmin teatrın bədii rəhbəri kimi çalışıb. Yaradıcılığına görə sənətkara 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adları verilib. O, həmçinin “Şöhrət” (1995) və “Şərəf” (2013) ordenləri ilə təltif olunub.2013-cü ilin iyununda ağır xəstəlikdən sonra dünyasını dəyişən sənətkar İkinci Fəxri xiyabanda dəfn olunub. Amma səhnənin işığında yaratdığı izlər hələ də yaşayır, hər tamaşaçı yaddaşında onun gülüşü və göz yaşları qalır.Ulusum.az

Diqqət Çəkənlər

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi

“İstəkli koalisiya” bu gün Trampa Ukrayna zəmanətlərini təqdim edir

Enerji dolu sendviç: həm dadlı, həm sağlam - Məktəblilər üçün

Seçilən
29
ulusum.az

1Mənbələr