AZ

Putin Ukraynanın keçmiş prezidenti barədə: Bunun nəticəsini biləndə göz yaşı tökdü

BAKI, 5 sentyabr. TELEQRAF

“Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkənin Avropa İttifaqı ilə iqtisadi assosiasiyasının nəticələrini anlayanda göz yaşı tökdü”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

“Ukraynanın Avropa iqtisadi münasibətlər sisteminə inteqrasiyası bizim üçün iqtisadi xarakterli bəzi problemlərlə bağlıydı. Çünki Ukrayna azad ticarət zonasının bir hissəsiydi, gömrük sərhədlərimiz açıq idi. Bizim üçün bunun müəyyən nəticələri oldu. Ukrayna bizimlə təmaslarda, bilavasitə pul və kooperativ baxımından nə itirdiyini tərəziyə qoymalı idi. O, bunu hesabladı və göz yaşı tökdü, çünki rəqabətədavamlı, yüksək rəqabətədavamlı Avropa məhsulları üçün bazarların açılması Ukraynanın özündə istehsalı öldürür, Rusiya ilə kooperativ və ticarət əlaqələrini kəsirdi”, - Putin bildirib.

Seçilən
39
2
teleqraf.com

3Mənbələr