ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının "Müharibə Departamenti" olaraq dəyişdirilməsinə çalışır.
Missiya.Az bu barədə"Haberglobal"a istinadən xəbər verir.
Ağ Ev rəsmisindən verilən məlumata görə, Trampın ABŞ Müdafiə Nazirliyinin adını “Müharibə Departamenti” olaraq dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacağı təsdiqlənib.
Sərəncamda həmçinin bildirilib ki, müdafiə naziri rütbəsi “Hərbi nazir” kimi dəyişdiriləcək.
İlahə QənbərliMissiya.Az