AZ

Portuqaliyada funikulyor qəzasından 3 yaşlı uşaq sağ çıxıb

Ajans.az BBC-ə istinadən xəbər verir ki,qəza zamanı həyatını itirənlər arasında bir alman ailəsinin atası, yaralananlar arasında isə ana var. Onların 3 yaşlı oğlu möcüzəvi şəkildə sağ qalıb. Qurbanlar arasında Portuqaliya, Almaniya, Kanada, Ukrayna, Cənubi Koreya və İsveçrə vətəndaşları da var. Qəzanın səbəbi hələ müəyyən edilməyib. Şəhərin nəqliyyat operatoru Carris bütün funikulyor xətlərinin fəaliyyətini dayandırıb və araşdırmaya başlayıb. Hadisə məşhur Glória marşrutunda baş verib. Funikulyor relsdən çıxaraq binaya çırpılıb. Şahidlərin sözlərinə görə, sərnişinlər pəncərələrdən tullanaraq canlarını qurtarmağa çalışıblar. Hadisə yerində dörd xeyriyyə işçisi və funikulyor operatoru da daxil olmaqla bir çox şəxs həyatını itirib.

 

Seçilən
20
Ajans.az

1Mənbələr