"Ordu" basketbol klubunda yeni məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Hərbçilər" Mustafa Karaman ilə anlaşıb. Məşqçilər korpusunda yer alan türkiyəli mütəxəssis komandanın fiziki hazırlığına cavabdeh olacaq.