AZ

XRİTDX rəis müavini: Hakerlər kiberdələduzluq yolu ilə 6 milyondan çox vəsait ələ keçirib

BAKI, 5 sentyabr. TELEQRAF

Hakerlər sadəcə informasiya sistemlərini deyil, eləcə də vətəndaşları hədəf alır və onların fərdi məlumatlarından əsasən maliyyə dələduzluğu əməliyyatlarında istifadə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlər Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə Toplantısında deyib.

Xidmət rəsmisi qeyd edib ki, Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk 4 ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarı 6 milyondan çox olduğu bildirilib:

“Xidmət tərəfindən aparılan monitorinqlər nəticəsində 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin qurbanına çevrildiyi müəyyən edilib. Hakerlərin hədəfinə çevrilən vətəndaşların bu sahədə daha diqqətli və ayıq olmaları üçün cəmiyyətdə kibermaarifləndirmənin müxtəlif üsul və vasitələrlə yayılmasının intensivləşdirilməsini məqsədəuyğun hesab edirik.
Vətəndaşların fərdi məlumatlarının qorunması, xüsusən də məlumatlara sanksiyasız giriş imkanları ilə bağlı Xidmət tərəfindən 2025-ci ilin birinci yarımilində 34 dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq aşkarlanıb”.

Onun sözlərinə görə, rəqəmsallaşma ilə bağlı dövlət informasiyasistemlərində davamlı olaraq həyata keçirilən yeniləmələr özləri ilə bərabər yeni təhlükəsizlik riskləri və boşluqları da yaratmaqdadır:

“Əlbəttə, mübarizə təkcə müdafiə ilə bitmir. Biz yeniliklərə də açıq olmalıyıq. Bu gün “ağıllışəhərlər”, süni intellekt, açıq mənbə kodlu həllərdövlət idarəçiliyində yeni imkanlar yaradır. Amma,eyni zamanda yeni təhlükələr də gətirir. Xüsusilə, kritik infrastrukturlara qarşı “kibermüharibə” ssenarilərinin müzakirə olunması artıq nəzəriyyədeyil, real təcrübənin nəticəsidir”.

Seçilən
71
teleqraf.com

1Mənbələr