AZ

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Peruya səfər edib

3-4 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Elnur Məmmədov Peru Respublikasındasəfərdə olub.

Səfər zamanı Lima şəhərində Azərbaycan Respublikası və PeruRespublikası Xarici İşlər Nazirlikləri arasında ilk siyasiməsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini ElnurMəmmədov, Peru tərəfindən isə xarici işlər nazirinin müavini FeliksDeneqri Boza başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi,energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrinhazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, bəhsedilən sahələrdə müqavilə-hüquq bazasının yaradılmasının əhəmiyyətivurğulanıb.

Müvafiq təqdimatlar vasitəsilə hər iki ölkədə mövcudiqtisadi-ticarət imkanları barədə məlumat verilərək, birgətəşəbbüslərin təşviqinə qarşılıqlı dəstək ifadə olunub.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov PeruRespublikası Konqresinin sədri, Peru-Azərbaycan parlamentlərarasıdostluq qrupunun rəhbəri Xose Enrike Xeri ilə görüşüb. Görüşdəparlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dairfikir mübadiləsi aparılıb, ikitərəfli və çoxtərəfli platformalardaəməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, Perunun xarici işlər naziri Elmer Şialer Salsedoilə keçirilmiş görüşdə qarşı tərəf Azərbaycanla ikitərəflimünasibətlərin inkişafına ölkəsinin marağını ifadə edərək, ilksiyasi məsləhətləşmələrin əlaqələrin müxtəlif sahələrdəgenişləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Perunun aparıcı“La Razon” qəzetinin müxbiri, Peru Jurnalistlər İttifaqının sədrmüavini Rikardo Sançes Serraya, eləcə də bu ölkənin rəsmi mediaqurumları olan “El Peruano” qəzeti və “Andina” dövlət informasiyaagentliyinə müsahibə verib.

Bununla yanaşı, E.Məmmədov Amerika qitəsinin qədim ali təhsilmüəssisəsi olan Perunun “San Markos” milli dövlət universitetindəmühazirə oxuyub. Mühazirə zamanı Azərbaycanın xarici siyasətprioritetləri haqqında ətraflı təqdimat edilib, auditoriyanımaraqlandıran suallar cavablandırılıb.

Seçilən
77
4
az.trend.az

10Mənbələr