AZ

Bakıda Dövlət Qurumlarının IT rəhbərlərinin 6-cı Zirvə Toplantısı keçirilir

BAKI, 5 sentyabr. TELEQRAF

Bakıda Dövlət Qurumlarının IT rəhbərlərinin VI Zirvə Toplantısı keçirilir.

Teleqraf xəbər verir ki, toplantı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkilatçılığı ilə keçirilir.

Tədbirin məqsədi informasiya təhlükəsizliyi üzrə dövlət qurumlarının rəhbər heyəti arasında sahə üzrə problemləri müzakirə etmək, eyni zamanda yeni imkanları və ideyaları bölüşməkdir.

İclasda dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti ilə bağlı statistik göstəticilər, risklərin idarə edilməsi və insidentlərə cavab alətləri, dövlət qurumları üçün açıq qaynaq kodlu həllərin perspektivləri, dövlət informasiya ehtiyatlarında ilk “Big bounty” proqramının nəticələri və s. müzakirə edilir.

Seçilən
6
teleqraf.com

1Mənbələr