ain.az, Bizimyol saytına istinadən bildirir.
Marsda insan sivilizasiyasını göstərən izlər tapılıb.
Bizimyol.info xəbər verir ki, Qırmızı Planetə münasibəti dəyişə biləcək şok görüntüləri paranormal ekspert Skott Uorinq paylaşıb.
Mütəxəssis ardıcıl olaraq keçmişdə Marsda baş verən və insan sivilizasiyasının varlığına son qoyan, Marslıları fosillərə çevirən bir sıra fəlakətlərin baş verdiyi fikrini müdafiə edir.
Ufoloq onun sözlərini təsdiqləmək üçün planetin səthində roverdən istifadə edərək çəkilmiş fotonu dərc edib.
Burada qucağında uşağı tutan qadının daşlaşmış fiquru aydın şəkildə göstərilir.
Uorinq hesab edir ki, müəyyən bir səma cisminin Marsa təsiri geniş miqyaslı lava püskürməsinə səbəb olub və bu püskürmə tez bir zamanda ağıllı həyatın bütün izlərini məhv edib.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.