AZ

Metro və avtobus ödənişləri ilə bağlı mühüm xəbər

"BakıKart"ın mobil tətbiqində mövcud olan sistem sərnişinlər arasında narazılıq yaradır. Belə ki, vətəndaşlar kartını tətbiqdə qeydiyyatdan keçirsələr də, mövcud balansdan QR vasitəsilə istifadə edə bilmirlər. Bildirilir ki, yalnız əlavə pul yükləməklə ödəniş mümkündür.

Niyə tətbiq vasitəsilə mövcud balansdan istifadə imkanı yaradılmır? Əslində sistem necə olmalıdır?

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, əslində ictimai nəqliyyatda "BakıKart"dan istifadə çox sadə və rahat olmalıdır:

"Bununla yanaşı, vətəndaşların adi debet və kredit bank kartları vasitəsilə ödəniş edə bilməsi istiqamətində təkliflər var. Məlumata görə, bu istiqamətdə işlər aparılır və ümid edirəm ki, ilin sonuna qədər tam hazır olacaq. Bu, həm ictimai nəqliyyatın cəlbediciliyini artıracaq, həm də sərnişinlərin daha rahat istifadə imkanlarını təmin edəcək".

Məsələ ilə bağlı "BakıKart"ın Müştəri Xidmətlərinə də sorğu ünvanladıq.

Seçilən
131
12
publika.az

10Mənbələr