Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF-2025) plenar iclasında çıxış edərək, Rusiyanın cari əsr üçün prioritetini açıqlayıb.
Publika.az xəbər verir ki, Putinin sözlərinə görə, Uzaq Şərq və Sibirin inkişafı 21-ci əsrdə əsas prioritet təyin olunub.
Onun sözlərini “RİA Novosti” sitat gətirib.
Rusiya lideri vurğulayıb ki, Uzaq Şərqin rolu həm Rusiya iqtisadiyyatında, həm də beynəlxalq münasibətlər sistemində artırılmalıdır. O qeyd edib ki, Uzaq Şərqin inkişafı istiqamətində səylər gözlənilən nəticələri verir; region bir çox göstəricilərə görə ümumrusiya inkişaf tempini qabaqlayır.