AZ

Yeddi Avropa ölkəsi Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub

Qərar iyulun 15-də beş fiziki şəxsə qarşı qəbul edilən məhdudiyyətləri dəstəkləyir...

Poliqon xəbər verir ki, Avropa İttifaqının (Aİ) 15 iyul tarixində beş fiziki şəxsə qarşı qəbul etdiyi sanksiyalara yeddi Avropa ölkəsi də qoşulub. Bu barədə məlumat Avropa Şurasının rəsmi saytında dərc olunub.

Sanksiyalara dəstək verən ölkələrin siyahısına Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Monteneqro, Şimali Makedoniya, Norveç, Moldova Respublikası və Ukrayna daxildir. Bu addım Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi sonuncu məhdudlaşdırıcı tədbirlərin coğrafiyasının genişləndiyini göstərir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen avqustun 17-də yeni sanksiyalar paketinin hazırlandığını elan edib. Onun sözlərinə görə, sentyabrın əvvəlində qəbul ediləcək məhdudiyyətlər Moskvanın “hərbi iqtisadiyyatı üzərində təzyiqi davam etdirmək” məqsədi daşıyır.

Xatırladaq ki, Avropa İttifaqının 18-ci sanksiyalar paketi iyulun 18-də qüvvəyə minib. O zaman məhdudiyyətlərə “Şimal axını” qaz kəmərləri, Rusiyaya məxsus 105 ədəd “kölgə donanması” tanker gəmisi, həmçinin Hindistanda fəaliyyət göstərən “Rosneft” neft emalı zavodu daxil edilmişdi. Bundan başqa, Rusiya neftinə tətbiq olunan qiymət tavanı 60 dollardan 47,6 dollara endirilmiş, Rusiyanın xam neftindən əldə edilən neft məhsullarının idxalına qadağa qoyulmuşdu.

Həmin paket çərçivəsində əlavə olaraq 14 fiziki və 41 hüquqi şəxs də sanksiya siyahısına salınmışdı.

Poliqon.info

Seçilən
93
poliqon.info

1Mənbələr