AZ

“McLaren”in dəyəri beş il ərzində altı dəfə atdı

“McLaren” komandasına sahib olan şirkətin dəyəri hazırda təxminən 3,5 milyard funt-sterlinq təşkil edir.

Publika.az xəbər verir ki, son beş ildə onun bazar dəyəri altı dəfədən çox yüksəlib.

Bu qədər artım “McLaren Group”un səhmdar strukturundakı dəyişikliklərin nəticəsi olub. 2020-ci ildə şirkətin 33 faiz payını Amerikanın “MSP Capital” 185 milyon funt ödəyərək almışdı. Lakin indi həmin payı Bəhreynin dövlət investisiya fondu olan “Mumtalakat” və Əbu-Dabiyə məxsus “CYVN Holdings” satın alıb. Əgər beş il əvvəl “McLaren Racing” 560 milyon funt dəyərində qiymətləndirilirdisə, indi bu rəqəm 3,5 milyard funtdur.

Keçən ilə qədər “McLaren”in nəzarət aksiyalar paketi məhz “Mumtalakat” fonduna məxsus idi, lakin 2024-cü ilin dekabrında fond bütün paylarını CYVN şirkətinə satdı.

“Bu, McLaren Racing üçün möhtəşəm gündür”, – deyə “BBC Sport komandanın rəhbəri Zak Braunun sözlərindən sitat gətirir. “Hələ yaxın keçmişdə biznesimiz riskli idi və biz rəqabətədavamlı deyildik. Amma indi, beş ildən sonra baş verənlər həm “Formula 1”də büdcə məhdudiyyətləri dövrünün uğurunu, həm də bizim yenidən rəqabətədavamlı səviyyəyə qayıtmağımızı göstərir. “McLaren”in yenidən qələbələr uğrunda mübarizə aparması sevindiricidir və səhmdarların strukturunun sadələşməsi də əla oldu”, - deyə o söyləyib.

Seçilən
63
4
publika.az

5Mənbələr