AZ

Pentaqon: Venesuelanın iki hərbi təyyarəsi ABŞ HHQ gəmisinin yaxınlığından uçub

BAKI, 5 sentyabr. TELEQRAF

Venesuelanın iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin bilavasitə yaxınlığından uçub.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.

“Bu gün Venesuela Prezidenti Nikolas Maduro rejiminin iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçub. Son dərəcə təxribatçı bu addım bizim narkoterrorla mübarizə əməliyyatlarımıza mane olmaq məqsədi daşıyırdı”, - bəyanatda deyilir.

Seçilən
27
teleqraf.com

1Mənbələr