Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adınınMüharibə Departamenti kimi dəyişdirilməsi ilə bağlı sərəncamimzalamağa hazırlaşır.
Trend xəbər verirki, bu barədə Fox News Digital məlumat yayıb.
Sərəncama əsasən, “Müharibə Departamenti” MüdafiəDepartamentinin əlavə adı kimi istifadə ediləcək və hazırkı nazirPit Heqset “Müharibə katibi” titulunu da daşıya biləcək.
Bundan başqa, sənəddə Heqsetə departamentin adının daimi şəkildə“Müharibə Departamenti” olaraq dəyişdirilməsi üçün həmqanunvericilik, həm də icraedici tədbirlər üzrə təkliflərhazırlamaq tapşırılır.