Şimali Koreya lideri Kim Çen In Çinə səfərindən sonra vətənə qayıdıb.
Publika.az xəbər verir ki, bu barədə "Koreyanın səsi" məlumat yayıb.
“Yoldaş Kim Çen In ÇXR-ə səfərini başa vurub və sentyabrın 4-də axşam Pekindən xüsusi qatarla yola düşüb ”, – nəşr yazır.
Sentyabrın 2-də Kim Çen In Yaponiya militarizmi üzərində qələbənin 80-ci ildönümü və İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı mərasimlərdə iştirak etmək üçün Çinə rəsmi səfərə gəlib. Onu Çinin xarici işlər naziri Van Yi və ölkə rəhbərliyinin digər üzvləri qarşılayıblar.