AZ

KİV: Uitkoff Trampın Putin və Zelenski ilə görüşə hazır olduğunu bildirib

BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoff "İstəklilər Koalisiyası"nın iclasında Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyə açıq olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Uitkoff həmçinin bildirib ki, Tramp "hələ də Ukraynada sülhə nail olmaq üçün bütün yolları nəzərdən keçirməyə hazırdır".

Seçilən
36
teleqraf.com

1Mənbələr